Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzində mədəniyyət işçilərinin seminar-müşavirəsi keçirilib

01.12.2018

Baş tutan seminar-müşavirədə çıxış edən regional idarənin məsləhətçisi Validə Nabatova gündəlikdə duran məsələlər barədə məlumat verib və mədəniyyət işçilərinin qarşısında duran vəzifələrdən söhbət açıb, onlara Mədəniyyət Nazirliyinin və Regional İdarənin rəisinin tapşırıq və tövsiyələrini çatdırıb.

            Gündəlikdə duran birinci - Beynəlxalq Əlillər Günü münasibətilə mədəniyyət müəssisələrində tədbirlərin keçirilməsi barədə çıxış edən Validə Nabatova mədəniyyət müəssisələrində təşkil olunan tədbirlərin rəngarəngliyindən və kütləviliyindən bəhs edib. O, qeyd edib ki, “Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması əlillərə diqqət və qayğının artırılması məqsədi daşıyır. Azərbaycanda əlil insanlara dövlət qayğısı da ildən-ilə artır”.

            Gündəlikdə duran ikinci – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə mədəniyyət müəssisələrində mədəni-kütləvi tədbirlərin keçirilməsi haqqında çıxış edən Bərdə rayon MKS- direktoru Havva Mirzəyeva bildirib ki, Azərbaycanlılar minilliklər boyu özlərinin tarixi torpağı olan Azərbaycan ərazisində yaşayaraq, bəşər sivilizasiyasına böyük töhfələr veriblər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanıb, azərbaycanlıların bir qismi yurd-yuvalarından didərgin salınıb, deportasiyalara məruz qalıb, iş tapmaq, təhsil almaq məqsədi ilə doğma Vətəni tərk edərək başqa ölkələrdə məskunlaşıblar. Hazırda dünyanın hər yerində azərbaycanlılar yaşayırlar. Uzun bir dövr Vətəndə yaşayan azərbaycanlılar başqa ölkələrdə məskunlaşmış həmvətənliləri ilə görüşmək, əlaqələr yaratmaq imkanından məhrum olublar. 1991-ci ilin 16 dekbrında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq, dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi. Beləliklə bütün azərbaycanlılar üçün əziz olan 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilir.

Gündəlikdə duran üçüncü məsələdə cari ilin yekunlarına dair mədəniyyət müəssisələrinin fəaliyyəti müzakirə edilib, dekabr ayı və növbəti il üçün prioritet istiqamətlər müəyyən olunub.

Seminar-müşavirə işgüzar və maraqlı müzakirələrlə başa çatıb.

 

1.4 MB

 

1.2 MB

 

1.2 MB