Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbində Azərbaycan xalqının milli atributu olan “Kəlağayı”ya həsr olunmuş tədbir təşkil olunub.

03.12.2018

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Bərdə şəhər 4 nömrəli uşaq incəsənət məktəbində Azərbaycan xalqının milli atributu olan “Kəlağayı”ya həsr olunmuş tədbir təşkil olunub. Tədbirdə kələğayının yarnma tarixindən söz açılıb və incəsənət məktəbinin şagirdlərinin ifasında müxtəlif rəqs nümunələri göstərilib.

Kəlağayı- İpək  sapdan toxunmuş dördkünc formalı ənənəvi Azərbaycan  qadın baş örtüyüdür.Azərbaycanın  qərb zonasında kəlağayı bəzən çarqatda deyilir.19-cu  əsrin  sonu- 20-ci əsrin əvvəlində Azərbaycanın ənənəvi kəlağayçılıq mərkəzləri  mərkəzləri müxtəlif siyası və sosial –iqtisadi səbəblər üzündən,xüsusilə də Rusiyadan daxil olan, ucuz  fabrik mallarının qustar  karxana  məhsullarını sıxışdırması nəticəsində mövqeyini dəyişmiş və kəlağayçılıq tədricən  yalnız iki   mərkəzdə Basqal və Gəncədə  cəmləşməyə başlanıb.

2014-cü ildə kəlağayı UNESKO-nun  qeyri maddi –mədəni  irsin  Reprezentativ siyahısında daxil edilmişdir.

Kəlağayı Azərbaycanın Gəncə,Şuşa,Şəki və Basqal şəhərlərində ipəkçilik inkişaf etdiyi üçün orda istehsal olunur.

Qədim dövürdə  xanların,bəylərin  xanımları kəlağayını böyük ziyafətlər  üçün taxıb gedərdilər. Kəlağayı Azərbaycan qadınının başının tacı, namusu hətta qan davasında ayaq altına  atılaraq qanı yatızdıran bir örtükdür.

2013-cu il müəllimlərin qurultayında müəllim adını daşıyan hər bir müəllimə kəlağayı paylanmışdır, bununlada  bütün dünyaya Azərbaycan  xalqının öz milliyini qoruyub saxlanması   sübut olundu.

Kəlağayının naxışlarının müəyyən sistemi var və onu hazırlayan hər kəs o sistemə riayət etməlidir.

Kəlağayının üzərindəki naxışlar  kainatın və dünyanın quruluşu təsvir edir.Örpəyin kənarındakı haşiyə dağ anlamındadır,bu insanları qoruyur.Ortadakı, haşiyə isə o biri dünyanı  təsvir edir və naxışlardan  göründüyü  kimi o dünya indikindən daha rəngli  və  mürəkkəbdir.

Kəlağayının müxtəlif adları var. “Saya buta”, “Xırda buta”,  “Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, ”Ali”,”Yeləni.”

Kəlağayını boyamaq üçün sumaq,zirinc,narınc,alma,zəfəran,qarağat və başqa  bitkilərdən istifadə olunur.Kəlağayı haqqında danışmaqla bitmir.

Azərbaycan simvolları,atributları o qədər qədim tarixə malikdirki, illər keçsədə bunu unutmaq olmur.

Tədbirdə “Kəlağayı  rəqsi” və digər milli rəqs nümunələri nümayiş olunub.

 

116.3 KB

 

105.8 KB

 

120.3 KB