Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Kovdadıq, Təzəkənd, Umudlu, Ağkənd, Qarağacı, Qapanlı,Evoğlu kənd kitabxana filiallarında Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə tədbirlər keçirilib

07.11.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Kovdadıq, Təzəkənd, Umudlu, Ağkənd, Qarağacı, Qapanlı,Evoğlu kənd kitabxana filiallarında Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibəti ilə tədbirlər keçirilib.

Çıxış edənlər bildirib ki, Prezident İlham Əliyev bu dövlət atributu ilə bağlı mühüm qərarlar qəbul edib. Belə ki, dövlətimizin başçısının 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə Dövlət Bayrağı Günü təsis olunub, 2010-cu ilin sentyabrında isə möhtəşəm Dövlət Bayrağı Meydanı yaradılıb. Üçrəngli bayrağımız bu gün dünyanın 70-ə yaxın ölkəsində Azərbaycanın müxtəlif statuslu diplomatik nümayəndəlikləri üzərində dalğalanır. Beynəlxalq tədbirlərdə, idman arenalarında qaldırılır və bu, hər bir soydaşımızın qəlbini iftixar hissi ilə doldurur.

Sonda vurğulanıb ki, xalqımızın ən böyük arzusu bayrağımızın Xankəndində, Şuşada və işğal olmuş digər rayonlarımızda dalğalanmasını görməkdir.

 

98.8 KB

 

71.5 KB

 

57.7 KB