Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Tarix-diyarşünaslıq muzeyi 9 Noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar açıq dərs keçirib

07.11.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Tarix-diyarşünaslıq muzeyi 9 Noyabr - Dövlət Bayrağı günü ilə əlaqədar açıq dərs keçirib.

Qeyd olunub ki, Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub. 1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.  

Vurğulanıb ki, 2009-cu il noyabrın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.

Sonda məktəblilər tərəfindən vətənə , bayrağa aid şeirlər  səsləndirilib.

 

688.1 KB

 

106.9 KB

 

642.4 KB