Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Tarix muzeyində 9 Noyabr - Milli Bayraq günü münasibəti ilə ”Bayrağımız qürurumuzdur”adlı mühazirə oxunub

08.11.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Mingəçevir şəhər Tarix muzeyində 9 Noyabr - Milli Bayraq günü münasibəti ilə "Bayrağımız qürurumuzdur"adlı mühazirə oxunub.

Muzeyin direktoru Nofər Məmmədəliyev Bayrağımızın yaranma tarixi haqqında şagirdlərə ətraflı məlumat verərək bildirib ki, Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

Sonda muzeydə "Bayrağımız qürurumuzdur" başlıqlı sərgiyə baxış keçirilib.

 

77.7 KB

 

72.4 KB

 

70.4 KB