Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbində 9 Noyabr - Bayraq günü ilə əlaqədar tədbir keçirilib

08.11.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər 1 nömrəli Uşaq musiqi məktəbində 9 Noyabr - Bayraq günü ilə əlaqədar tədbir keçirilib.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Tədbirdə Bayraq günü haqqında iştirakçılara geniş məlumat verilərək bildirilib ki, bayraq hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzidir. Diqqətə çatdırılıb ki, Azərbaycanda da bayrağa bu cür münasibət bəslənməklə yanaşı, onu müqəddəs bilir, millətin, xalqın qeyrət rəmzi kimi xarakterizə edirlər.

Daha sonra məktəblilər tərəfindən Bayraq günü ilə əlaqədar şeirlər səsləndirilib.

Sonda tədbir konsert proqramı ilə davam edib.

 

93.2 KB

 

69.9 KB

 

67.7 KB