Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Vəliuşağı kənd mədəniyyət evi 9 Noyabr - Bayraq günü ilə əlaqədar ”Birdaha yüksələn bayraq bir daha enməz” adlı tədbir keçirib

08.11.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin Vəliuşağı kənd mədəniyyət evi 9 Noyabr - Bayraq günü ilə əlaqədar  "Birdaha yüksələn bayraq bir daha enməz" adlı tədbir keçirib.

Təbirdə bildrilib ki, Azərbaycanın Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız – milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılıb. Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə Azərbaycanda Dövlət Bayrağı Günü təsis edilib və artıq hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.

Sonda tədbir konsert proqramı ilə davam edib. Bayram günü ilə əlaqədar təşkil olunmuş konsert proqramı tədbir iştirakçılarına xoş anlar yaşadıb.

 

121.5 KB

 

171 KB

 

195.5 KB