Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Mədəniyyət Mərkəzinin Ərəş kənd Folklor evi 9 Noyabr - Dövlət Bayrağı günü münasibətilə “Bayrağım-varlığım bəxtiyarlığım” adlı bayram tədbiri keçirib

08.11.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Yevlax şəhər Mədəniyyət Mərkəzinin Ərəş kənd Folklor evi  9 Noyabr - Dövlət Bayrağı günü münasibətilə “Bayrağım-varlığım  bəxtiyarlığım” adlı bayram tədbiri keçirib.                                                                                                                                          

Tədbiri giriş sözü ilə Ərəş kənd Folklor evinin direktoru Raqubət Fərəcova açaraq qeyd edib ki,  Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverliyinin rəmzidir. Dövlət Bayrağı günü hər bir Azərbaycan vətəndaşı üçün qürur və şərəf günüdür. Beynəlxalq tədbirlərdə qürurla dalğalanan Azərbaycan bayrağının ölkəmizin siyasi qüdrətini, iqtisadi potensialını, hərbi gücünü təmsil edir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan  bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə sadiqliyimizi göstərir. Respublikamızın üzərində dalğalanan müqəddəs dövlət bayrağımız 1918ci il noyabrın 9 da Bakıda  Azərbaycan Xalq Cümhu riyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır. 

Sonda bayraq,vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, mahnılar ifa edilib.                        

 

891.3 KB

 

830.9 KB