05.12.2018
Ölkəmizdə uşaq hüquqlarının təmin edilməsi dövlət siyasətinin mühüm vəzifələrindən biridir. Belə ki, Konstutsiyanın 17-ci maddəsi uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarətini təmin edir.
Son illər uşaq hüquqlarının müdafiəsi istiqamətində bir çox mühüm sənədlər, sosial proqramlar həyata keçirilir. Bu sənədlərdə uşağın mənafeyi naminə, onun hüquqlarının üstünlüyü prinsipi əsas götürülür.
Kitabxana bu sahədə uşaqların hüquqi cəhətdən maariflənməsi prinsipini əsas götürərək onlarla söhbət və “Hüquq hamı üçündür” adlı sərgi təşkil edildi.