Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Tərtər rayon MKS-də Qarabağ müharibəsi veteranları və şəhid ailələri ilə görüş keçirilib.

06.12.2018

Görüş çərçivəsində Tərtər rayon MKS-nin direktoru Ulduzə Qurbanova qeyd edib ki, Xalqımız tarix səhnəsinə neçə-neçə vətənpərvər, qəhrəman oğullar bəxş edib. Onlar ana Vətəni daim əziz tutub, gözlərini qırpmadan onun uğrunda canlarından keçməyə hazır olublar. Qədirbilən xalqımız hər zaman igid oğulları ilə fəxr edib, dövlətimiz isə onlara hərtərəfli diqqət göstərib. İgidlərimizin bir çoxu rəşadətli döyüş yolu keçərək veteran adı qazanıb. Bu insanlara böyük dəyəri isə məhz ulu öndər Heydər Əliyev verib. Azərbaycan xalqının ümummilli lideri onları yüksək ­qiymətləndirərək deyib: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğı və hörmətə layiqdirlər”. O, bildirib ki, Ümumilli lider Heydər Əliyev müharibə veteranları, şəhid ailələrinə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən müharibə veteranları və şəhid ailələrinə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür.

Çıxış edən müharibə veteranları qeyd ediblər ki,. Düşmənin hərbi təcavüzü nəticəsində alovlanan Qarabağ müharibəsi zamanı vətənpərvər oğullarımız Vətənin müdafiəsinə qalxdılar və bu müqəddəs amal uğrunda şəhid olanlar da az olmadı, yaralananlar da. Biz də fəxr edirik ki, O zamanlar silah-sursat, texnika cəhətdən indiki qədər güclü deyildik. İndi ordumuz tam müasir silahlarla, texnika və avadanlıqlarla təmin olunub və inanırıq ki tez bir zamanda ordumuz işğalda olan torpaqlarımızı geri qaytaracaqlar.

Sonda MKS-nin direktor Ulduzə Qurbanova qeyd edib ki, bu vətənpərvərlərlə söhbət insana, sözün həqiqi mənasında, böyük əhval-ruhiyyə bəxş edir. Onlar müstəqil Azərbaycanın yaranmasında, güc və qüdrət qazanmasında öz canlarını və qanlarını əsirgəməyiblər. Bu gün hər bir Azərbaycan gənci dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğıdan ruhlanaraq istər hərbi xidmət zamanı, istərsə də ondan sonrakı dövrdə döyüşməyə, işğal altında olan torpaqların azad olunmasında iştirak etməyə hazırdır.

 

107 KB

 

94.1 KB

 

80.5 KB