Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzində 3 Dekabr Əlillər gününə həsr olunmuş tədbir keçirilib.

06.12.2018

Mingəçevir şəhər Şəhid Azər Niftəliyev adına Mədəniyyət Mərkəzi 3 Dekabr Əlillər günü ilə əlaqədar olaraq “Əlillərə qayğı lazımdır” başlığı altında dəyirmi masa keçirmişdir. Dəyirmi masada Uşaq və ailəyə dəstək mərkəzinin bir qrup əlil uşaqları, Uşaq və ailəyə dəstək mərkəzinin təşkilatçısı Elnarə Səmədova və Bacarıqlı əllər dərnəyinin rəhbəri Nərgiz Əlizadə və mədəniyyət işçiləri iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Mingəçevir şəhər Mədəniyyət Mərkəzinin direktoru Zəhra Bayramova tədbir iştirakçılarını salamlayıb və bu günün yaranma tarixindən, dövlətimizin bu istiqamətdə apardığı məqsədyönlü layihələrdən söz açıb. Sonra Elnarə Səmədova Uşaq və ailəyə dəstək mərkəzinin fəaliyyətindən, Nərgiz Əlizadə isə qüsurlu uşaqlara göstərdikləri qayğıdan söz açıblar. Tədbir fikir mübadiləsilə davam edib.  

 

678.3 KB

 

704.4 KB

 

662.7 KB