Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Uşaq şöbəsində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi şair, tərcüməçi İlyas Tapdıqın anadan olmasının 85 illik yubileyi münasibəti ilə dəyirmi masa keçirilib.

27.11.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Uşaq şöbəsində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi şair, tərcüməçi İlyas Tapdıqın anadan olmasının 85 illik yubileyi münasibəti ilə dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, şairin uşaq əsərlərinin mühüm bir qismini yurdumuzun təbiətinə, gözəlliklərinə həsr olunmuş əsərlər təşkil edir. "Bildirçin" uşaqların çox sevdiyi, həvəslə əzbərlədiyi,söylədiyi əsərlərdəndir. "Dəmirağac" şeirində təbiətin möcüzəsi olan dəmirağacın xüsusiyyətləri poetik bir dillə bəhs edilir. "Bir evim var..." şeiri şifahi xalq ədəbiyyatının tapmaca janrında istifadə yolu ilə yazılmışdır. "Qaçaq dovşan" poemasının qəhrəmanı uşaqların çox sevdiyi dovşandır. Bu əsər uşaq ədəbiyyatımızda dovşana həsr olunan digər əsərləri təkrarlamır, orijinallığı ilə diqqəti cəlb edir. Əsərdə yırtıcı, hiyləgər heyvanlarla dostluq edən dovşan fərasətli, qoçaq, sayıqdır. Şairin yaradıcılığında Vətən mövzusunda əsərlər mühüm yer tutur. Onun 20 yanvar şəhidlərinə həsr olunmuş "Bir şəhiddir ürəyim" şeirini həyəcansız oxumaq olmur.

Şöbədə “Şeir sevən balalar” başlıqlı sərgi nümayiş olunub. Məktəblilər İlyas Tapdıqın şeirlərini söylədilər.

 

87.9 KB

 

87.4 KB