Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Rəfiq Zəka Xəndanın 80 illik yubileyi təntənəli şəkildə qeyd olunacaq

27.11.2019

Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə bu gün R.Behbudov adına Dövlət Mahnı Teatrında Respublika Dövlət Mükafatı laureatı, Əməkdar incəsənət xadimi, şair Rəfiq Zəka Xəndanın 80 illiyinə həsr olunmuş təntənəli yubiley tədbiri keçiriləcək.

Tədbirdə görkəmli ədibin zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq, şeirləri səsləndiriləcək. Həmçinin, şairin sözlərinə bəstələnmiş musiqilər ifa olunacaq.

Rəfiq Zəka Xəndanın heca və əruz vəznlərində yazdığı əsərlərinin mövzusu və qayəsini türkçülük, vətən sevgisi, məhəbbət və qəhrəmanlıq təşkil edib. O, "Axırı yaxşı olar", "Mənim əziz vəhşiciyim" musiqili komediyalarının, həmçinin "Füzuli" və "Söyüdlər ağlamaz" operalarının mətnlərinin müəllifi olub.

 

86.4 KB