Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Böyük Göyüşlü kitabxana filialı uşaqlara hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq məqsədilə Qarakənd faciəsində həlak olmuş Daxili işlər naziri general-mayor Məhəmməd Əsədovun xatirəsinə həsr edilmiş ”Vətən qəhrəmanları unutmur” adı altında dəyirmi masa təşkil etmişdir.

28.11.2019

Bərdə rayon MKS-nin Böyük Göyüşlü kitabxana filialı uşaqlara hərbi vətənpərvərlik tərbiyəsini aşılamaq məqsədilə Qarakənd faciəsində həlak olmuş Daxili işlər naziri general-mayor Məhəmməd Əsədovun xatirəsinə həsr edilmiş "Vətən qəhrəmanları unutmur" adı altında dəyirmi masa təşkil etmişdir.

Tədbiri kitabxananın müdiri Məmmədova Yeganə açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının dövlət xadimi və milis general-mayoru Məhəmməd Əsədov 20 noyabr 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun erməni hərbi birləşmələri tərəfindən Qarakən səmasında vurulması nəticəsində şəhid olmuşdur. Bu faciə Azərbaycan üçün çox böyük itki idi. Çünki onlar hamısı vətən, torpaq təəssübü çəkən vətənpərvər, qeyrətli eloğlularımız idilər. Cəsarəti, qəhrəmanlığı ilə adını əbədi olaraq tarixin yaddaşına yazan Məhəmməd Əsədov əsl vətənpərvər idi. O, özünü bu torpaq üçün, Qarabağ üçün şəhid etdi.

Bütün Azərbaycan üçün, bütün məmləkət üçün bu faciə heç vaxt yaddan çıxmayacaq.

 

63.8 KB

 

60.4 KB

 

71.1 KB