Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə fiziki qüsurlu uşaqları olan ailələrə səyyar kitabxana xidməti göstərib

29.11.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə fiziki qüsurlu uşaqları olan ailələrə səyyar kitabxana xidməti göstərib.

Qeyd olunub ki, fiziki imkanları məhdud olan uşaqların qayğıya ehtiyacı var. Onlarda nəcib ürək, saf duyğular, yüksək bilik, bacarıq və intellektual qabliyyətlər vardır. Belə insanlar həmişə isti münasibət, doğmalardan və yadlardan qayğı, mərhəmət və diqqət umurlar. Ölkəmizdə də əlillərə xüsusi qayğı və diqqət vardır. Onların hüquqlarının qorunması sahəsində bir sıra tədbirlər həyata keçirilir. Mütamadi olaraq onları maraqlı kitablarla təmin edirik, onların çəkdikləri rəsimlərin sərgisini təşkil edirik. Nəzərə alaraq ki, mütaliə uşaqların nitqini həm formalaşdırır, həm də zənginləşdirir, zövq və təfəkkürü tərbiyə edir, uşaqların dünyagörüşünü artırır, intellektini sürətlə inkişaf etdirir.

Daha sonra kitabxananın əməkdaşları “Qaranquş və göyərçin” nağılını ucadan oxuyub. Bu günün məqsədi cəmiyyəti əllik problemlərinin həllinə cəlb etmək, əlilliyi olan bütün insanların hüquqlarını qorumaqdır və onlara qayğı göstərməkdir.

 

57.5 KB

 

59 KB

 

80.6 KB