29.11.2019
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS- nin Kətəlparaq kənd kitabxana filialının əməkdaşları 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə fiziki qüsurlu ailəyə səyyar kitabxana xidməti göstərib.
Kitabxananın əməkdaşları fiziki qüsurlu insanlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan bəhs edib.
Daha sonra kitabxananın əməkdaşları onları maraqlandıran kitabları təqdim edib və onlar göstərilən bu xidmətə görə kitabxananın əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.
Bu kimi xidmətlər regional idarənin tabelyindəki müəssisələr tərəfindən mütəmadi olaraq həyata keçirilir.