Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər MKS-nin A.S.Puşkin adına 1 nömrəli kitabxana filialı İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə ”Dünya duracaq yer deyil, ey can, səfər eylə!” başlıqlı şeir müsabiqəsi keçirib

02.12.2019

Mingəçevir şəhər MKS-nin A.S.Puşkin adına 1 nömrəli kitabxana filialı İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə "Dünya duracaq yer deyil, ey can, səfər eylə!" başlıqlı şeir müsabiqəsi keçirib

 

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər MKS-nin A.S.Puşkin adına 1 nömrəli kitabxana filialı Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibəti ilə "Dünya duracaq yer deyil, ey can, səfər eylə!" başlıqlı şeir müsabiqəsi keçirib.

Müsabiqənin məqsədi yeniyetmələrə Nəsimi poeziyasını sevdirmək və tanıtmaqdır.

Tədbirdə bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu il “ Nəsimi ili ” elan edilmişdir. Bu şairə verilən dəyərin, hörmət və ehtiramın, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına verilən böyük diqqətin nəticəsidir. Qeyd edilib ki, Nəsiminin yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələ təşkil edir. Altı yüz əlli il öncə yaşayıb yaratmasına baxmayaraq, şairin üç dildə yazdığı şeirlər, rübailər, qəzəllər poeziyamıza aydınlıq gətirib, ana dilimizi və bədii sözü yeni-yeni zirvələrə qaldırıb.

Daha sonra müsabiqə iştirakçıları tərəfindən Nəsiminin qəzəlləri səsləndirilib.

 

86.3 KB

 

73.6 KB