Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Nəsimi 650” adlı tədbir keçirilib

02.12.2019

Bərdə Regional Mədəniyyət İdarəsi  Yevlax şəhər Heydər Əliyev Mərkəzində “Nəsimi 650” adlı tədbir keçirilib.

Yevlax şəhər Heydər Əliyev Mərkəzində “İmadəddin Nəsimi-650” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Yevlax şəhər Heydər Əliyev Mərkəzinin direktoru Aygün Qasımova açaraq qeyd edib ki, tədbir Prezident İlham Əliyevin “Nəsimi ili” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil olunub. Nəsiminin ilk dəfə yubileyinin ölkəmizdə keçirməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Bu gün o ənənə uğurla davam etdirilir. “Nəsimi ili” bunun əyani göstəricisidir. Bu günkü gənc nəsil Nəsimini daha yaxından tanıyacaq, onun haqqında kitablar, elmi əsərlər yazılacaq və gələcək nəsillər də bundan yaxşıca bəhrələnə biləcəklər”.

Daha sonra çıxış edən Bərdə Regional Mədəniyyət İdarəsinin Yevlax şəhər nümayəndəsi Rafiq Məmədov bildirib ki, bu ilin bütövlükdə İmadəddin Nəsiminin adı ilə bağlı olması olduqca təqdirəlayiqdir.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

 

 

3.1 MB

 

3.4 MB

 

659.3 KB