02.12.2019
Bərdə rayon MKS-nin 1 nömrəli şəhər kitabxana filialı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə "İsmayıl Şıxlının yaradıcılığı " adı altında "Səhəri gözləyirdik" hekayəsinin ucadan oxusunu təşkil edib
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin 1 nömrəli şəhər kitabxana filialı görkəmli yazıçı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə "İsmayıl Şıxlının yaradıcılığı " adı altında "Səhəri gözləyirdik" hekayəsinin ucadan oxusunu təşkil edib.
Qeyd olunub ki, xalq yazıçısı İsmayıl Şıxlı koloritli xarakterlər və yüksək mənəvi-əxlaqi keyfiyyətlərə malik zəngin yaradıcılığı ilə Azərbaycan xalqının bədii fikir salnaməsinə yeni parlaq səhifə yazmış söz ustalarındandır. Ədibin xüsusi ilə məşhur “Dəli Kür” romanı ictimai şüurda dönüşə və özünüdərkə yol açan mühüm ədəbi-mədəni hadisə kimi qiymətləndirilmişdir.
Sonda vurğulanıb ki, İsmayıl Şıxlı yaradıcılığı bədii dilin obrazlılığı, daxili aləmin təsvirinin genişliyi və əlvanlığı ilə seçilir. Eyni zamanda xalqımızın taleyüklü məsələlərinə daim vətəndaş ziyalı mövqeyi nümayiş etdirmiş İsmayıl Şıxlının fəaliyyəti bütövlükdə azərbaycançılıq məfkurəsinə sədaqətin və ənənəvi dəyərlərə ehtiramın bariz nümunəsidir.