Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Lənbəran kənd kitabxana filialı Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə ”Cəfər Cabbarlının sözünün işığında ” adlı söhbət təşkil edib

02.12.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Lənbəran kənd kitabxana filialı görkəmli yazıçı Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə "Cəfər Cabbarlının sözünün işığında " adlı söhbət təşkil edib.


Tədbirdə qeyd olunub ki, Cabbarlının yaradıcılığı zaman etibarilə çox davam etməsə də, siyasi-ictimai cəhətdən çox əhəmiyyətli bir dövrü, 1915-1934-cü illər arasındakı iyirmi illik bir tarixi mərhələni əhatə edir. Çox mühüm ictimai-siyasi hadisələrlə dolu olan bu tarixi dövrü nəzərdə tutaraq deyə bilərik ki, Cabbarlının ədəbi fəaliyyəti Azərbaycanda, xüsusən Bakıda kapitalizm münasibətlərinin sürətlə inkişaf etdiyi burjua və mülkədar Azərbaycanının fəhlə-kəndli sovet respublikasına çevrildiyi illərdə keçmişdir. Cabbarlının böyük yaradıcılıq yolu çətin və ziddiyyətli olsa da, əsasən, yüksəliş və tərəqqi yolu olmuşdur.

 

62.3 KB

 

55.1 KB