Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana Beynəlxalq Əlillər Günü ilə əlaqədar ”Əlillərə dövlət qayğısı” adlı altında Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib

03.12.2019

Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana  Beynəlxalq Əlillər Günü ilə əlaqədar "Əlillərə dövlət qayğısı” adlı altında Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Səməd Vurğun adına Mərkəzi kitabxana  Beynəlxalq Əlillər Günü ilə əlaqədar "Əlillərə dövlət qayğısı” adlı altında Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib. 

Tədbiri oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova açaraq qeyd edib ki, 3 dekabr - Beynəlxalq Əlillər günü kimi qeyd edilir. Ümummilli lider Heydər Əliyevin “Biz əlillər üçün, onların yaşaması, əmək fəaliyyətinə cəlb olunması, öz daxili imkanlarından, istedadlarından istifadə etmələri üçün daha da geniş şərait yaradacağıq” fikri dövlətimizin sosial siyasətinin mühüm prioritetlərindən biri kimi müəyyən olunub. Prezident İlham Əliyevin uğurlu sosial siyasəti digər sahələrdə olduğu kimi, bu sahədə də  getdikcə daha geniş vüsətlə davam etdirilməsinə imkan yaradıb.İndi dünya əhalisinin təxminən 10 faizini fiziki cəhətdən qüsurlu insanlar təşkil edir. Azərbaycanda dövlət tərəfindən bu qəbildən olan insanların sosial rifahının yüksəldilməsi istiqamətində mühüm addımlar atılır.Əlillərin sosial təminatı ildən-ilə daha da yaxşılaşır.

Sonda Qarabağ müharibəsi veteranı Aqşin Hacızadə “Sizə əlil demərəm” şerini söyləyib.

 

 

3.9 MB

 

1.1 MB