Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzi tərəfindən Bərdə Günərzi Qayğı Mərkəzində “Dünya sizinlə gözəldir” başlıqlı tədbir-konsert təşkil olunub

03.12.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzi tərəfindən Bərdə Günərzi Qayğı Mərkəzində “Dünya sizinlə gözəldir” başlıqlı tədbir-konsert təşkil olunub.

Mərkəzin direktoru Gülbəs Məmmədova qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyevin uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, birinci vitse-prezident M.Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğının Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. O, bildirib ki, yeniyetmələrin asudə vaxtlarının, istirahətinin təşkili hər zaman diqqət mərkəzində saxlanılır, onların tətil günlərinin mənalı, yadda qalan, bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi üçün silsilə tədbirlər təşkil edilir.

Qeyd edək ki,  bu kimi tədbirlər və görüşlər regional idarə tərəfindən mütəmadi olaraq həyata keçirilir.

Tədbir Mədəniyyət Mərkəzi tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib.

Yerli incəsənət ustaları tərəfindən ifa olunan musiqi nömrələri balacalarda xoş əhval-ruhiyyə yaradıb.

 

432.3 KB

 

448.5 KB

 

346.8 KB