Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin anadan olmasının 50 illiyi ilə əlaqədar anım günü keçirilib

03.12.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində  Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin anadan olmasının 50 illiyi ilə əlaqədar anım günü keçirilib.

 Çıxış edənlər bilidiriblər ki, Milli Qəhrəman Yusif Əliyevin ilk döyüş yolu 1991-ci ilin fevralında Goranboydan başlamışdır. Həmin ərəfədə ermənilər Buzluq, Mənəşid, Erkəs kəndləri istiqamətindən hücum etmişlər. 1991-ci il sentyabr ayının 14-də düşmən Buzluq kəndinə hücum etdikdə əsgərlərimizə sursat çatdırmaq Yusifin həyatı bahasına başa gəlmişdir. Həmin döyüşdə Yusif Əliyev qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı Fərmanı ilə Əliyev Yusif Əliyusif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir.

Sonda şöbədə “Milli Qəhrəman Yusif Əliyev – 50” başlıqlı sərgiyə baxış keçirilib.

 

87.7 KB

 

71.7 KB

 

60 KB