Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax Şəhər Mədəniyyət Mərkəzinin Varvara kənd Folklor evi Varvara kənd kitabxana filialı ilə birlikdə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə “Heç kəs unudulmur” mövzusunda kənddə yaşayan əlillər ilə görüş keçirib

03.12.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax Şəhər Mədəniyyət Mərkəzinin Varvara kənd Folklor evi Varvara  kənd kitabxana filialı ilə birlikdə 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibəti ilə “Heç kəs unudulmur” mövzusunda kənddə yaşayan əlillər ilə görüş keçirib.

Görüş zamanı Beynəlxalq Əlillər Günü ilə bağlı ətraflı məlumat verilərək qeyd edilib ki, bu günün məqsədi əlilliyi olan insanların  hüquqlarını  qorumaqdır. Diqqətə çatdırılıb ki, ölkəmizdə  əlillərin  Sosial  müdafiəsi  ilə  baglı  həyata  keçirilən  geniş  miqyaslı tədbirlərin əsası Heydər Əliyev ərəfindən qoyulub. Azərbaycana rəhbərliyi dövründə sağlamlığın itirən insanlara onların problemləmlərinə də böyük həssaslıqla yanaşıb.

Bildirilib ki, Azərbaycanda əlillərin bir qismini ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlıq imkanlarını itirmiş şəxslər təşkil edir. Bu gün ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar olan 12 minə yaxın Qarabağ müharibəsi əlili müavinətlə təmin edilir. Ötən dövr ərzində minlərlə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin edilib. Bununla yanaşı, hərəkət-dayaq sistemi pozulmuş əlillərimizin reabilitasiyası, müalicəsi istiqamətində atılan addımlarla bərabər, onların minik avtomobilləri ilə təmin olunması yönündə də mühüm işlər görülüb.

Görüşdə Qarabağ əlillərindən Şahin Məmmədov, Cəmil Məmmədov və Rəhman Məmmədov onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz təşəkkürlərinin bildiriblər.

 

77.2 KB

 

104.8 KB