Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Qapanlı kənd kitabxana filialı Beynəlxalq Əlillər Günü münasibətilə Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib

04.12.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Qapanlı kənd kitabxana filialı Beynəlxalq Əlillər Günü münasibətilə Qarabağ müharibəsi əlilləri ilə görüş keçirib.

Qeyd olunub ki, Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə dünya miqyasında keçirilən 3 Dekabr - Beynəlxalq Əlillər Günü ümummilli liderimiz Heydər Əliyevin müvafıq sərəncamı ilə 1994-cü ildən etibarən Azərbaycanda da qeyd olunmağa başlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cəmiyyətimizin bütün təbəqələrinin üzvlərinə, o cümlədən əlil vətəndaşlara olan diqqət və qayğısı hər zaman göz qabağındadır.

Sonda vurğulanıb ki, Azərbaycanın sosial dövlət statusunun əsas xüsusiyyətlərindən biri də ölkədə əlilliyi olan şəxslərin hüquqlarının, maddi və mənəvi tələbatlarının dolğun şəkildə təmin olunması istiqamətində fəal və məqsədyönlü dövlət siyasətinin həyata keçirilməsidir. Ümummilli liderimiz Heydər Əliyevin əlilliyi olan insanlara diqqət və qayğısı əsasında formalaşan bu siyasət Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir və həmin insanların sosial müdafiəsinə, tibbi-sosial reabilitasiyasına yönələn tədbirlər ildən-ilə gücləndirilir.

 

87.3 KB

 

80.6 KB

 

146.6 KB