Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Heydər Əliyev sarayında Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbir keçirilib

04.12.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Heydər Əliyev sarayında Beynəlxalq Əlillər Günü ilə əlaqədar  tədbir keçirilib.

 Tədbirdə regional idarənin Yevlax şəhər üzrə Baş məsləhətçisi Rafiq Məmmədov, Şəhər Yaradıcılıq Evinin direktoru Zöhrə Adıgözəlova və başqaları çıxış edərək bildiriblər ki, BMT tərəfindən təsis olunan və dekabrın 3-də bütün dünyada keçirilən Beynəlxalq Əlillər Günü ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən 1994-cü ildən Azərbaycanda da hər il qeyd edilir. Ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi, əlillər də daim dövlətimizin diqqət və qayğısı ilə əhatə olunurlar, onların bütün problemlərinin həlli üçün zəruri tədbirlər həyata keçirilir.

Vurğulanıb ki, əlillərin rifahının yaxşılaşdırılması, onların problemlərinin həlli Prezident İlham Əliyevin daim diqqət yetirdiyi məsələlərdəndir. Bu qəbildən olan insanların sosial problemlərinin həlli, mənzil şəraitinin daha da yaxşılaşdırılması və pensiya müavinətlərinin artırılması sahəsində atılan məqsədyönlü addımlar bunun bariz nümunəsidir.

Tədbirdə çıxış edənlər gündən-günə çiçəklənən respublikamızda əlillərin sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən layihələrdən və onlara olan dövlət qayğısından ətraflı söhbət açıblar. Onlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Tədbir şən musiqi nömrələri ilə davam edib.

 

205.4 KB

 

207.1 KB

 

212.9 KB