Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ”Unudulmaz Lider” adlı tədbir keçirilib

04.12.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Heydər Əliyev Mərkəzində Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar "Unudulmaz Lider" adlı tədbir keçirilib.

Əvvəlcə məktəblilər ulu öndərin büstü önünə qərənfillər düzüblər.

Tədbirdə qeyd olunub ki, bu gün xalqımız Heydər Əliyev siyasətin uğurlarını gündəlik həyatında hiss edir, onunla yaşayır və onun irsindən faydalanır. Bu siyasətin icraçısı ulu öndərimizin alternativsiz siyasi varisi cənab İlham Əliyevdir. Onun rəhbərliyi ilə Heydər Əliyev siyasəti yaşayır və uğurla davam etdirilir. Heydər Əliyev siyasəti Azərbaycanın uğurlarının əsasıdır, gələcəyə istiqamətlənmişdir. Onun siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, sosial-iqtisadi tərəqqiyə nail olunması kimi ağır və taleyüklü məsələlərdə sınaqdan çıxmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nəticələr xalqın sabaha olan inamını qat-qat artırmış, Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycanın etibarlı əllərdə olduğuna möhkəm əminlik yaratmışdır. Cənab İlham Əliyev ulu öndərin siyasi kursunu keyfiyyətcə yeni müstəvidə davam etdirməklə, xalqımızın və dövlətçiliyimizin bu kursun mahiyyətindən doğan milli maraqlarını beynəlxalq miqyasda təmin edir. Heydər Əliyev siyasətinin uğurla həyata keçirilməsi müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir və nəticədə beynəlxalq aləmdə Azərbaycan Respublikasının rol və nüfuzunu artırır. Xalqımız bu siyasəti yüksək dəyərləndirir. 

Sonda mərkəzin əməkdaşı Sevda Əliyeva məktəbliləri mərkəzin ekspozisiya ilə yaxından tanış edərək onlara ətraflı məlumat verib.

 

 

 

393.8 KB

 

227 KB

 

280.7 KB