Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin Hacallı kənd kitabxana filialı böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ”Böyük şair İmadəddin Nəsimi- 650” adı altında mütaliə günü təşkil edib

05.12.2019

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin Hacallı kənd kitabxana filialı böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə "Böyük şair İmadəddin Nəsimi- 650" adı altında mütaliə günü təşkil edib.

Tədbirdə İmadəddin Nəsimi yaradıcılığının dünyada tanınması, adının əbədiləşdirilməsi, əsərlərinin araşdırılması və kütləvi şəkildə nəşr edilməsinin ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, şairin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından müstəsna əhəmiyyətə malikdir. Böyük mütəfəkkirin 650 il öncə yaşayıb-yaratmasına baxmayaraq, yazdığı əsərlərinin ana dilimizi və bədii sözümüzü zirvələrə qaldırır.Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir.

Sonda məktəblilər şairin qəzəllərindən söyləyiblər.

 

70.4 KB

 

69.4 KB