Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Heydər Əliyev Mərkəzində ”20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir” adlı tədbir keçirilib

13.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Heydər Əliyev Mərkəzində "20 Yanvar - tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir" adlı tədbir keçirilib.

Tədbirdə Yevlax şəhəri 3 nömrəli orta məktəbin müəllim və şagird kollektivi, Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Aygün Qasımova açaraq "20 Yanvar" - hadisələri haqqında geniş məlumat verib və bildirib ki,  Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu il 20 Yanvar faciəsinin 30 il dönümü ilə əlaqədar tədbirlər planı hazırlanmışdır. Bu plana əsasən şəhidlərimizin xatirəsi bütün idarə və müəssisələrdə anılmalıdır.

Daha sonra çıxışlarda qeyd olunub ki,  O, xalqımızın başına gətirilən müsibətlərdən danışılaraq gənclərə tariximizi  dərindən bilməyi və unutmamaq tövsiyə edilib.

Sonda "Qanlı Yanvar" hadisələrindən bəhs edən sənədli filmə baxılıb. Məktəblilər 20 Yanvar faciəsinə həsr olunmuş sərgi ilə də tanış olublar.

 

100 KB

 

84.3 KB

 

72.6 KB