13.01.2020
Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mərkəzi kitabxananın Uşaq şöbəsi "Uşaqların sehirli dünyası" adlı kitabxananın nağıl otağında sərgi təşkil edib.
Bu kimi sərgilərin təşkil olunmasında məqsəd uşaqların mütaliə etmək marağını artırmaqla yanaşı Azərbaycan və xarici ölkə xalqlarının nağılları ilə tanış olmağa və məlumatlarını genişləndirməyə kömək etməkdir.Uşaqlar Azərbaycan və dünya xalqlarının nağılları ilə tanış olaraq qısaca olaraq nağıllar aləminə səyahət edirlər.