Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları Aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun ailəsi ilə görüş keçirib

13.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Tarix-Diyarşünaslıq muzeyinin əməkdaşları Aprel döyüşlərində şəhid olmuş Nicat İsgəndərovun ailəsi ilə görüş keçirib.

Görüşdə qeyd olunub ki, dövlətimiz tərəfindən müstəqilliyimiz, suverenliyimiz və ərazi bütövlüyümüzün təmin edilməsi, qorunub saxlanması üçün ölkənin hərbi qüdrətinin artırılması, hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi, ordunun döyüş qabiliyyətinin gücləndirilməsi və mənəvi-psixoloji vəziyyətinin daha da yüksəldilməsi istiqamətində böyük işlər görülüb.

Daha sonra şəhidin həyat və döyüş yolundan bəhs edilib.

Sonda vurğulanıb ki, Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə canını qurban verən vətəndaşlarımızın ailə üzvlərinin yaşayış səviyyəsinin yaxşılaşdırılması daim dövlətin nəzarəti altındadır.

 

176.4 KB

 

131.3 KB