Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc Könüllülərin rolu” mövzusunda dəyirmi masa təşkil olunub

14.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində regional idarənin Mingəçevir şəhər üzrə  Gənc mədəniyyət işçiləri Kreativ Qrupu və Mədəniyyət Könüllüləri birlikdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsi ilə əlaqədar “Mədəniyyətimizdə, cəmiyyətdə və sosial şəbəkələrdə gənc Könüllülərin rolu” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbirdə cəmiyyətimizdə könüllülərin rolundan, mövqeyindən danışılıb. Qeyd edilib ki, könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Daha sonra çıxış edən gənc mədəniyyət könüllüləri ölkə prezidentinin gənclərə göstərdiyi diqqət və qayğıdan bəhs ediblər. Bildiriblər ki, dövlət tərəfindən gəncələrə xüsusi diqqət göstərilir və gənclər üçün hər cür şərait yardılır. Hər bir sahədə olduğu kimi mədəniyyət sahəsində də gənclərə xüsusi önəm verilir və hazırda mədəniyyət sahəsində çalışan gənclər buna bariz nümunədir.

 

53.9 KB

 

106.5 KB

 

47.7 KB