Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mərkəzi kitabxananın uşaq şöbəsi şəhər 10 nömrəli uşaq bağçasında ”Mənim sehirli boxçam” adı altında balaca fidanlarla görüş təşkil edib

14.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mərkəzi kitabxananın uşaq şöbəsi şəhər  10 nömrəli uşaq bağçasında "Mənim sehirli boxçam" adı altında balaca fidanlarla görüş təşkil edib.

Qeyd olunub ki, uşaqların gələcək dünya görüşünün formalaşmasında, onun layiqli vətəndaş kimi böyüməsində uşaq ədəbiyyatını əvəz edə biləcək ikinci vasitə olmadığını nəzərə alaraq uşaqlara hələ kiçik yaşlarında kitabla təmas qurmaq, onu sevdirmək və kitabın möcuzəli bir aləm olduğunu onlara çatdırmaq üçün müxtəlif təbliğat formalarından istifadə etmək lazımdır. Kitab əlinə almaq, ona toxunmaq və içindəki sehirli aləmi onlara izah etmək üçün onu oxumaq və izah etmək lazımdır.
Bu məqsədlə kitabxana əməkdaşları  tez- tez uşaq bağçası və körpələr evində olur. Kitablar haqqında uşaqlara məlumat verərək ucadan oxular və oyunlar təşkil edir.

Görüş çərçivəsində kitabxanaçı Gülsüm Mustafayeva uşaqları kitablarla tanış edərək, onlara şeirlər və nağıl oxudu.

Bu kimi görüşlər uşaqların kiçik yaşlarından  kitaba maraq göstərməsində və yetişkin gənc kimi formalaşmasında mühüm rol oynayır.

 

73.9 KB

 

55.3 KB

 

61.8 KB