14.01.2020
Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi kitabxananın Uşaq şöbəsi tərəfindən "Asudə Zaman" Təlim- Tədris Mərkəzində balacalarla görüş təşkil olunub.
Görüş çərçivəsində uşaqlara yerli və xarici uşaq ədəbiyyatı nümunələrindən ibarət kitablar təqdim edilib, müxtəlif nağıllar oxunub.
Qeyd olunub ki, belə görüşlərin keçirilməsində əsas məqsəd uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaqdan ibarətdir.