Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Səməd vurğun adına Mərkəzi kitabxana 20 Yanvar Ümumxalq Hüzün Günün 30 illiyi ilə əlaqədar Azərbaycan Milli Qəhramanı Elgiz Kərimov adına 4 nömrəli şəhər tam orta məktəbdə “Qanlı yanvar faciəsi” adlı sərgi təşkil edib

15.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Səməd vurğun adına Mərkəzi kitabxana 20 Yanvar Ümumxalq Hüzün Günün 30 illiyi ilə əlaqədar  Azərbaycan Milli Qəhramanı  Elgiz Kərimov adına 4 nömrəli şəhər tam orta məktəbdə “Qanlı yanvar faciəsi” adlı sərgi təşkil edib.

Sərgidə şair və yazıçılarımızın 20 Yanvar hadisəsini əks etdirən kitabları nümayiş etdirilib. 

Sərgiyə baxış zamanı məktəblilərə  məlumat verən oxuculara xidmət şöbəsinin müdiri Almaz Zülfüqarova bildirib ki, 30 il  əvvəl 20 Yanvar tarixi xalqımızın tarixinə ən faciəli günlərdən biri kimi daxil oldub. O bildirib ki, bu tarixi həm də vətənpərvər Azərbaycan övladlarının qəhrəmanlıq tarixi kimi xalqımız qeyd edir. İndi paytaxtımızdakı Şəhidlər Xiyabanı bizim  and yerimiz quru mənbəyimizdir. Hər il 20 Yanvar tarixində minlərlə insan vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün şəhidlər xiyabanını ziyarət edirlər.İllər keçəcək , nəsillər dəyişəcək ancaq vətən övladlarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

 

2.1 MB

 

2.2 MB

 

2.3 MB