Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq « 20 Yanvar- Milli müstəqilliyə gedən yoldur» mövzusunda tədbir keçirilib

15.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30-cu il dönümü ilə əlaqədar olaraq « 20 Yanvar- Milli müstəqilliyə gedən yoldur» mövzusunda tədbir keçirilib.

Tədbiri giriş sözü ilə Heydər Əliyev Mərkəzinin direktoru Səlimə Yusibova açaraq 20 Yanvar hadisələri haqqında danışaraq Vətənimizin müstəqilliyi, suverenliyi, azadlığı uğrunda canını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu bildirib.

O 20 Yanvar faciəsinə ilk olaraq ümummilli lider Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymətin verildiyini, onun banisi olduğu və bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında dinamik inkişaf yolunda olan Azərbaycanın müstəqilliyinin gorunub saxlanmasının məsuliyyətinin dərk olunmasının vacibliyindən bəhs edib.

Sonda 20 Yanvar faciəsi ilə əlaqədar videoçarx təqdim edilib.

 

4 MB

 

4 MB

 

4 MB