Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım günü keçirilib

16.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon MKS-nin Oxuculara xidmət şöbəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım günü keçirilib.

Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər bildiriblər ki, 1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri kimi daxil olmuşdur. Düz 30 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Bədnam M.Qorbaçov başda olmaqla, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxarmışdı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələnmişdi. Nəticədə 170 nəfər həlak olmuş, 400-ə yaxın insan yaralanmışdı.

Sonda məktəblilər 20 yanvar şəhidlərinə həsr olunmuş kompozisiya nümayiş etdiriblər və kitabxanada “20 Yanvar hüzn və milli qürur günümüz!” başlıqlı sərgiyə baxış keçirilib.

 

94.3 KB

 

84.1 KB

 

118.8 KB