Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin 1 nömrəli şəhər klub filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar dəyirmi masa keçirib

16.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin 1 nömrəli şəhər klub filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar dəyirmi masa keçirib.

Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının xalqımıza elan olunmamış təcavüzündən, hərbi birləşmələrin törətdikləri vəhşilikdən geniş söhbət açılıb.

Bildirilib ki, ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilmişdir. Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixində mühüm mərhələ olmuş 20 Yanvar faciəsi qurbanlarının xatirəsi hər il yad olunur, Şəhidlər xiyabanı ziyarət edilir.

 

 

106.2 KB

 

113.7 KB

 

86.5 KB