Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon Mədəniyyət Mərkəzinin Böyük Göyüşlu kənd Folklor klubfilalı Bərdə rayon MKS-nin Böyük Göyüşlu kənd kitabxana filialı ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar ”Qan yaddaşımız” mövzusunda tədbir keçirib

16.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon Mədəniyyət Mərkəzinin Böyük Göyüşlu kənd Folklor klubfilalı Bərdə rayon MKS-nin Böyük Göyüşlu kənd kitabxana filialı ilə birgə 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar "Qan yaddaşımız" mövzusunda tədbir keçirib.

Əvvəlcə tədbir iştirakçıları şəhidlərin xatirəsi önünə gül dəstələri qoyub və onların əziz xatirəsini bir dəqiqəlik sükutla yad edblər.

Tədbirdə çıxış edənlər 20 Yanvar faciəsini müstəqil Azərbaycanın tarixində mühüm dönüş nöqtəsi, istiqlal yolumuzun başlanğıcı kimi qiymətləndiriblər. Qeyd ediblər ki, xalqını bu ağır günlərdə tək qoymayan xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyev yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək terror aktını pisləyən bəyanatla çıxış edib. Dahi şəxsiyyət özünün və ailə üzvlərinin həyatının təhlükə altında olmasına baxmayaraq, böyük cəsarət göstərərək 20 Yanvar faciəsinə siyasi qiymət verib, o vaxtkı SSRİ və respublika rəhbərlərinin günahı və xəyanəti üzündən törədilmiş bu cinayətin hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu göstərib.

Sonda bildirilib ki, Ümummilli Liderin siyasi xəttini böyük uğurla davam etdirən Prezident İlham Əliyev şəhid ailələrinin və sağlamlıqlarını itirmiş şəxslərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya məqsəd qoyub. Dövlətimizin başçısının Sərəncamı ilə 20 Yanvar şəhidlərinin ailələrinə Prezident təqaüdü təyin edilib və daim yardımlar göstərilib.

 

93.6 KB

 

194 KB

 

108.9 KB