Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon Heydər Əliyev Mərkəzində ” 20 Yanvar faciəsinin 30- cu il dönümü ilə əlaqədar olaraq ” 20 Yanvar və Heydər Əliyev təəssübkeşliyi” mövzusunda dəyirmi masa keçirilib

17.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar  faciəsinin 30-cu il dönümü ilə əlaqədar " 20 Yanvar və Heydər Əliyev təəssübkeşliyi” mövzusunda dəyirmi masa keçirilib.

Əvvəlcə dövlətimizin müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbiri giriş sözü ilə açan mərkəzin direktoru Səlimə Yusubova bildirib ki, Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə keçmiş Sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli terror aktıdır.

Qeyd olunub ki, bu faciəyə hüquqi-siyasi qiymət yalnız Ümummilli Lider Heydər Əliyevin prezidentliyi dövründə verildi və dünya ictimaiyyətinə əsl həqiqətlərin çatdırılması istiqamətində real addımlar atıldı.

Sonda diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsini daim diqqət mərkəzində saxlayır, bu istiqamətdə mühüm tədbirlər həyata keçirilir.

Tədbirdə 20 Yanvar faciəsini özündə əks etdirən video-çarx və ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

500.7 KB

 

497.2 KB

 

547.2 KB