Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər M.Müşfiq adına 10 nömrəli kitabxana filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə ”Şəhidlər unudulmazdır” mövzusunda ədəbi-bədii kompozisiya keçirilib

17.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər  M.Müşfiq adına 10 nömrəli kitabxana filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə "Şəhidlər unudulmazdır" mövzusunda ədəbi-bədii kompozisiya keçirilib.

Bildirilib ki, 1990-cı il yanvarın 20-də sovet silahlı qüvvələri Konstitusiya hüquqlarının bərqərar edilməsini tələb edən, azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə aparan Azərbaycan xalqının silahsız övladlarını, mülki əhalini vəhşicəsinə qətlə yetirib. Faciə zamanı 147 nəfər qətlə yetirilib və 744 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həlak olanların arasında uşaqlar, qadınlar, qocalar və təcili yardım işçiləri olub. 20 Yanvar faciəsinin qurbanları arasında azərbaycanlılarla yanaşı, ruslar, yəhudilər və tatarlar da olub.

Vurğulanıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyev 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskva şəhərindəki nümayəndəliyinə gələrək, sovet rəhbərliyinə qarşı açıq etiraz edib.

Tədbir iştirakçıları "Qanlı Şənbə Gecəsi- 20 Yanvar" başlıqlı sərgi ilə tanış olublar.

Sonda tədbir iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib və onların abidəsi önünə gül dəstələri qoyublar.

 

197.6 KB

 

122.2 KB

 

105.1 KB