Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər MKS-nin Ş.İ.Xətai adına 7 nömrəli kitabxana filialında 20 yanvar şəhidlərinin əziz xatirəsini yad etmək məqsədi ilə ” Şəhid ölməz, dərdi dözülməz! Unutma heç zaman Vətən bölünməz” mövzusunda dəyirmi masa təşkil edilib

17.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər MKS-nin Ş.İ.Xətai adına 7 nömrəli kitabxana filialında 20 yanvar şəhidlərinin əziz xatirəsini yad etmək məqsədi ilə " Şəhid ölməz, dərdi dözülməz! Unutma heç zaman Vətən bölünməz" mövzusunda dəyirmi masa təşkil edilib.
Tədbirdə çıxış edənnlər qeyd edib ki,1990-cı ildə Bakıda 20 Yanvar və Azərbaycan tarixində ondan əvvəl baş vermiş faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Sovet rəhbərliyinin himayədarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, Azərbaycan xalqına qarşı soyqırımı və azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş gecə keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi hərbi təcavüz insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi qalacaqdır.

 

105.2 KB

 

109.3 KB