Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon MKS-nin 2 nömrəli şəhər kitabxana filialı 20 Yanvar Ümumxalq Hüzün Gününün 30 illiyi ilə əlaqədar “20 yanvar azadlıq yolu” başlığı altında sərgi və anım tədbiri təşkil edib

17.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon MKS-nin 2 nömrəli şəhər kitabxana filialı 20 Yanvar Ümumxalq Hüzün Gününün 30 illiyi ilə əlaqədar “20 yanvar azadlıq yolu” başlığı altında sərgi və anım tədbiri təşkil edib.

Tədbir iştirakçıları şəhidlər qəbirsanlığını ziyarət edib və onların məzarları üstə gül dəstələri qoyublar.

Tədbiri kitabxananın kitabxanaçısı Vəliyeva Nərgiz açaraq qeyd etdi ki, 20 Yanvar hadisəsinin törədilməsində əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur.

 

114.1 KB

 

2 MB