Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində 20 Yanvar - Ümumxalq Hüzn günü ilə əlaqədar ”Həm faciə, həm də qəhrəmanlıq səhifəsi” mövzusunda ədəbi- bədii kompozisiya keçirilib

17.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər M.P.Vaqif adına Mərkəzi Kitabxananın Uşaq şöbəsində 20 Yanvar - Ümumxalq Hüzn günü ilə əlaqədar "Həm faciə, həm də qəhrəmanlıq səhifəsi" mövzusunda ədəbi- bədii kompozisiya keçirilib.

Tədbirdə çıxış edənlər açaraq qeyd ediblər ki, 20 Yanvar gecəsi Azərbaycan xalqının hüzn və şərəf günüdür. Xalqımız bu faciədə həyatdan getmiş övladlarına matəm saxlamaqla bərabər, eyni zamanda onların şəhidlik zirvəsinə baxaraq başını dik tutur. Çunki vətən və torpaq şəhidləri ilə ucalır. 30 il öncə Azərbaycan xalqının talehində nəhs və qorxunc günlər yaşanırdı. Xalqımız qırmızı imperiyanın "Qızıl Ordusunun ", sovet hərb maşınının hücumuna məruz qalmış,təcavüzə uğramış, günahsız insanlar gülləbaran edilmişdir. Unutmayaq ki, 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə xatırlanacaq gün deyil, həm də xalqımızın şan və şərəf günüdür.

Sonda vurğulanıb ki, ən yeni tariximizin şərəfli səhifələrindən biri sayılan 20 Yanvar xalqımızın azadlıq, demokratiya və suverenlik uğrunda apardığı mübarizənin dönməzliyini bütün dünyaya nümayiş etdirdi, milli azadlıq hərəkatının müstəqilliyə doğru irəliləməsində ciddi dönüş nöqtəsi oldu.

 

175.7 KB

 

181.9 KB

 

170.4 KB