Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Qəhrəmanlıq və iftixar tariximiz” adlı tədbir keçirilib

21.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Şəhid F.Qasımov adına Uşaq İncəsənət Məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “Qəhrəmanlıq və iftixar tariximiz” adlı tədbir keçirilib .

Əvvəlcə vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra məktəbin Rəssamlıq şöbəsi şagirdlərinin əl işlərindən ibarət rəsm əsərlərinin sərgisinə baxış keçirilib.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Etibar Əliyev milli birliyin, vətənpərvərliyin və qəhrəmanlığın simvoluna çevrilmiş 20 Yanvar faciəsinin baş verməsinə yol açan səbəblər barədə danışıb.

Vurğulanıb ki, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların sovet qoşunları tərəfindən qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.

Diqqətə çatdırılıb ki, hər bir xalq özünün xoşbəxt gələcəyini qurmaq, müstəqilliyini əbədi etmək üçün daim qan yaddaşını təzələməli, tarixi keçmişini, baş vermiş hadisələri dərindən bilməli və keçmişini unutmamalıdır. Bu mənada Prezident İlham Əliyevin 2019-cu il dekabrın 13-də imzaladığı “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamı mühüm əhəmiyyətə malikdir.

Sonda məktəbin Fortepiano və Xalq çalğı alətləri şöbəsi şagirdlərinin ifalarında 20 yanvar faciəsinə həsr olunmuş şeirlər söylənilib, musiqilər səslənib.

 

57 KB

 

47.1 KB

 

49.2 KB