Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Aşağı Qarxun Uşaq musiqi məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib

21.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Yevlax şəhər Aşağı Qarxun Uşaq musiqi məktəbində 20 Yanvar faciəsinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə qeyd edilib ki, bu dəhşətli hadisə yaxın tariximizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına həm də qəhrəmanlıq tarixi kimi həkk olunub: “Ölkəmizin azadlığı uğrunda canlarını qurban verən şəhidlər bu günü öz qanları ilə həm də Azərbaycan xalqının milli oyanış və qəhrəmanlıq salnaməsi kimi müasir tariximizə yazıblar. 1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətən oğulları xalqımızın tarixinə parlaq səhifə yazdılar. Xalqımızın milli azadlığı, müstəqilliyi üçün yol açdılar”.

Sonda məktəb kollektivi tərəfindən hazırlanmış 20 Yanvar faciələrini özündə əks etdirən ədəbi-bədii kompozisiya nümayiş olunub.

 

296.5 KB

 

307.5 KB

 

138.6 KB