Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik Musiqi məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “20 Yanvar – Qanlı Yanvar” adlı anım tədbiri keçirilib

21.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 11 illik Musiqi məktəbində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə “20 Yanvar – Qanlı Yanvar” adlı anım tədbiri keçirilib.

Əvvəlcə vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Məktəbin direktoru Vüsal Məmmədov çıxışında 20 Yanvar hadisələrinin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu vurğulayıb. O, qeyd edib ki, 26 il bundan əvvəl Bakıda törədilən qırğın Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədi daşısa da, bu qanlı hadisə xalqımızın müstəqillik əzmini qıra bilməyib və Azərbaycanın müstəqillik qazanmasına təkan verib. O dövrdə xalqımızın başına gətirilən bu qanlı faciəyə ilk siyasi-hüquqi qiyməti verən, həmin vaxt həyatına olan təhlükələrdən çəkinməyərək, sovet hakimiyyətinin cinayətkar əməlinə etiraz edən ümummilli lider Heydər Əliyev oldu.

Bildirilib ki, ulu öndər Heydər Əliyevin 1990-cı il yanvarın 21-də sovet rejiminin qadağalarına baxmayaraq, həyatını təhlükə qarşısında qoymaqla, öz ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdiyini diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider yenidən siyasi rəhbərliyə qayıtdıqdan sonra 1994-cü ildə Qanlı yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilib, eyni zamanda faciənin günahkarlarının adları açıq şəkildə göstərilib.

Sonda məktəbin Fortepiano və Xalq çalğı alətləri şöbəsi şagirdlərinin ifalarında 20 yanvar faciəsinə həsr olunmuş şeirlər söylənilib, musiqilər səslənib.

 

48.6 KB

 

53 KB

 

74.3 KB