Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Bərdə rayon 3 nömrəli Uşaq musiqi məktəbi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirib

21.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Bərdə rayon 3 nömrəli Uşaq musiqi məktəbi 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirib.

Məktəbin direktoru Fəqani Əliyev çıxış edərək milli birliyin, vətənpərvərliyin və qəhrəmanlığın simvoluna çevrilmiş 20 Yanvar faciəsinin baş verməsinə yol açan səbəblər barədə danışıb.

Vurğulanıb ki, Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü ilin fevralında keçirilən xüsusi sessiyasında 1990-cı il yanvarın 20-də günahsız insanların sovet qoşunları tərəfindən qəddarcasına qətlə yetirilməsi hərbi təcavüz və cinayət aktı kimi qiymətləndirilib, müzakirələrin yekunu olaraq həmin ilin martında “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul edilib. 1994-cü ildə Milli Məclisin qəbul etdiyi xüsusi qərarda 20 yanvar tarixi Ümumxalq Hüzn Günü elan edilib.

Diqqətə çatdırılıb ki, hər bir xalq özünün xoşbəxt gələcəyini qurmaq, müstəqilliyini əbədi etmək üçün daim qan yaddaşını təzələməli, tarixi keçmişini, baş vermiş hadisələri dərindən bilməli və keçmişini unutmamalıdır. Bu mənada Prezident İlham Əliyevin 2019-cu il dekabrın 13-də imzaladığı “20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında” Sərəncamı mühüm əhəmiyyətə malikdir.

Sonda məktəblilər tərəfindən şeirlər söylənilib.

 

102.1 KB

 

112.9 KB

 

115.2 KB