Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Tərtər rayon Mədəniyyət Mərkəzinin Umudlu kənd Folklor evi filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirib

22.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi Tərtər rayon Mədəniyyət Mərkəzinin Umudlu kənd Folklor evi filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirib.

Tədbirdə çıxış edənlər  20 Yanvar faciəsi haqqınd ətraflı danışıblar. Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib. Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub.

Sonda məktəblilər tərəfindən 20 Yanvarla bağlı şeirlər söylənilib.

 

2.6 MB

 

2.6 MB