Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Bərdə Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər

Yevlax şəhər Mədəniyyət Mərkəzinin Ərəş kənd Folklor evi filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Şəhid qərənfil” adlı tədbir keçirib

22.01.2020

Bərdə Regional Mədəniyyət İdarəsi   Yevlax şəhər Mədəniyyət Mərkəzinin Ərəş kənd Folklor evi filialı 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar “Şəhid qərənfil” adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə Ərəş kənd Folklor evinin direktoru Raqubət Fərəcova açaraq qeyd edib ki, Azərbaycan xalqı zaman-zaman ağır faciələrlə üzləşmiş, haqsızlıqlarla qarşılaşmışdır. Xalqımızın başına gətirilən belə faciələrdən biri də qanlı 20 Yanvar faciəsi idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhərinə və Azərbaycanın bir neçə rayonuna keçmiş Sovetlər İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Sonda tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.

 

132.8 KB

 

186.3 KB

 

121.4 KB